Murad üçün studiyaya gətirilən hədiyyə görənlərin gülüşünə səbəb oldu - FOTO

Murad üçün studiyaya gətirilən hədiyyə görənlərin gülüşünə səbəb oldu - FOTO
10:17 23 Oktyabr 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün "Maşın Şou"nun növbəti buraxlışı efirdə olub.

Milli.Az xəbər verir ki, bu buraxlış layihənin aparıcısı Murad Dadaşov üçün xüsusi ilə yaddaqalan olub. Belə ki, verilişin tamaşaçılarından biri Murada hədiyyə təqdim etmək istədiyini bildirib.

Studiyaya gələn taxta qutunun içindəkini görən şoumen gülməkdən özünü saxlaya bilməyib. Tamaşaçının Murada hədiyyəsi şoumenin heykəli olub. Hədiyyəni görən tamaşaçılar da Murad Dadaşov kimi dəqiqələrlə gülməkdə davam ediblər.

Murad özü də verilişə bir neçə dəqiqə hədiyyənin onda yaratdığı təəssürat səbəbindən davam edə bilməyib.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR