Dəmiryol vağzalının platformasında aramla yeriyən və qatar gözləyən qadın ölümdən qurtulub.
O, ağır travmalarla xəstəxanaya aparılıb. Səbəb isə heç bir səbəb olmadan hücuma məruz qalmasıdır.
Milli.Az South Morning Post-a istinadən bildirir ki, olay Honkonqdakı Yuen Lonq dəmiryol vağzalında yaşanıb.
59 yaşlı dəmiryolçu qadın qatar gözləyirdi. O, platformada yeriyəndə arxadan gələn kişi onu relslərin arasına itələyib.
Qadın şpallara yıxılıb və zərbə nəticəsində kəllə-beyin travması alıb.
56 yaşlı kişini polis vağzalın çıxışında həbs edib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

