"Report" xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Ermənistanın gömrük orqanları kinologiya xidmətlərinin rəhbərləri iştirak ediblər.
Görüş çərçivəsində işçi qrupun 2015-ci ilə olan iş planının reallaşdırılmasının gedişatı ilə bağlı məsələlər müzakirə olunub, MDB-nin iştirakçı dövlətlərinin gömrük xidmətlərinin regional kinologiya portalından istifadə səmərəliliyinin artırılması məqsədi ilə "CENcomm" Ümumdünya Gömrük Təşkilatı platforması ilə iş üzrə praktiki təlim seminarı keçirilib.