Yeni yolların çəkilməsinin sürüşmələrə səbəb olması iddiasına RƏSMİ CAVAB

Yeni yolların çəkilməsinin sürüşmələrə səbəb olması iddiasına RƏSMİ CAVAB
11:52 24 Oktyabr 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

"Coğrafiya İnstitutunun guya yeni yolların çəkilməsinin sürüşmələrin aktivləşməsinə səbəb olması ilə bağlı səsləndirdiyi iddialara cavab olaraq bildirmək istəyirik ki, ümumiyyətlə "Azəravtoyol" ASC tərəfindən dağlıq ərazilərdə yeni avtomobil yolları salınmır. Sadəcə olaraq mövcud olan avtomobil yollarında təmir-bərpa işləri aparılır".

Milli.Az xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, təmir-bərpa işləri aparılmamışdan öncə isə mütləq şəkildə həmin yollar boyu geoloji işlər aparılır və nəticələri aidiyyəti üzrə təhvil verilir: "Əgər yol üçün təbii proseslərlə bağlı (zəlzələ, sürüşmə, sel və s.) hər-hansı bir təhlükə varsa bunun qarşısının alınması üçün tədbirlərdən ibarət təkliflər yolun layihəsinə salınır.

Sürüşmələrin aktivləşməsinin səbəbi AÇIQLANDI

"Azəravtoyol" ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihə isə öz növbəsində bütün lazımi dövlət qurumları (aidiyyəti nazirliklər, komitə, mərkəz və idarələr) ilə razılaşdırıldıqdan və Texniki İdarənin rəyindən sonra təsdiqlənməsi üçün Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunur. Yalnız sözügedən idarənin layihə ilə bağlı müsbət rəyi olduqdan sonra həmin avtomobil yolunda təmir-bərpa və ya yenidənqurmas işlərinə başlanılır".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib ki, yeni yolların çəkilməsi yamaclarda tarazlığın pozulması ilə nəticələnir. Şöbə müdiri qeyd edib ki, bəzi yollar sürüşmələr baxımından intensiv təhlükəli risk zonası kimi qeyd edilir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/593184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR