Bakı. 25 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.
"Report" xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.
Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Abşeronda asayiş keşikçiləri ilə şübhəli şəxslər arasında atışma olub, iki nəfər məhv edilib
Abşeronda asayiş keşikçiləri ilə şübhəli şəxslər arasında atışma olub, iki nəfər məhv edilib