Nazirlər Kabineti məzarlıqlar haqqında xüsusi qərar qəbul edəcək.
Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübaçriz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: “Layihə üzərində mütəxəsislər geniş iş aparıblar. Yeni qaydalar mövcud qəbiristanlıqlara deyil, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək. Əsas qaydalar ondan ibarətdir ki, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin və s. yaradılmasına icazə verilməyəcək”.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu qaydalar məzalıqlarda bütövlükdə vəziyyəti nizamlamaq məqsədi daşıyır. //Trend
Ürəyi zəif olanlar baxmasın! (18+) - FOTOLAR - Oxumaq üçün tıkla