Somalinin paytaxtı Moqadişuda bomba yüklü avtomobilin partladılması nəticəsində 29 nəfər həlak olub.
Metbuat.az bildirir ki, terrorçuların əsas hədəfi Hamruveyni məhəlləsindəki "Naso Hablod" oteli olub. Partlayışdan sonra terrorçularla otelin təhlükəsizlik işçiləri arasında atışma baş verib. İki terrorçu öldürülüb.
Məlumata görə Somali prezidenti Məhəmməd Abdullah Fermacu ilə təşkil olunacaq toplantı üçün gələn nümayəndə heyəti oteldə olub.
Hücumu Əş-Şəbab qruplaşması öz üzərinə götürüb.