Marneulidə azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib

11:02 6 Aprel 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 10:56 ]


Marneuli. Nizami Məmmədzadə - APA. Martın 5-də azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ermənistanla sərhəd zolağında yerləşən Ulaşlı kəndində etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları rayon rəhbərliyindən mal-qara üçün örüş sahəsi tələb ediblər. Onlar əvvəllər kəndə məxsus olan 350 hektar örüş sahəsi və bir çox torpaq sahələrinin 2010-cu ildə rayon bələdiyyəsinin deputatı Rauf Bəkirov və digər şəxslər tərəfindən biçənək sahələri kimi qanunsuz özəlləşdirildiyini bildiriblər.

 

Marneuli rayon icra hakimiyyəti başçısının müavinləri Temur Beridze və Kamandar İsmayılov, həmçinin Vahid Milli Hərəkat Partiyasının Marneuli rayon şöbəsinin rəhbəri Əhməd İmamquliyev Ulaşlı kəndinə gedərək sakinlərlə görüşüblər. Ə. İmamquliyev bir qrup kənd sakini ilə birlikdə sərhəddə yerləşən sahəyə baxış keçirib.  

 

Marneuli rayon icra hakimiyyətinin nümayəndələri kənd sakinlərinə torpaq sahələrinin özəlləşdirilməsi məsləsinin yenidən yoxlanacağını və onlara rəsmi şəkildə cavab veriləcəyini bildiriblər.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR