Xaçmazda qətl törədilib.

Milli.Az xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xudat şəhərində şəhər sakini, 1964-cü il təvəllüdlü Bəxtiyar Şahlar oğlu Çobanov yaşadığı evdə tanışı, 1968-ci il təvəllüdlü Hikmət Zahuddin oğlu Babayevi bıçaqlayaraq öldürüb.

Məlumata görə, H.Babayev B.Çobanovun evinə qonaq gəlibmiş. Onlar yeyib-içərkən aralarında mübahisə düşüb və nəticədə B. Çobanov qonağı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az