Xudat. 30 oktyabr. REPORT.AZ/ Xudat şəhərində qətl hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki dost, rayon sakinləri, 1964-cu il təvəllüdlü Bəxtiyar Şahlar oğlu Çobanov və 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlu yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman birinci sonuncunu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə iş açılıb.