Dünya pop-musiqisinin mərhum kralı Maykl Cekson Forbes jurnalının hazırladığı ənənəvi "Highest-earning dead celebrities" ("Ölümündən sonra ən çox pul qazandıran məşhurlar") reytinq siyahısına başçılıq edir.

Milli.Az bildirir ki, Maykl Ceksonun irsi son ildə onun varislərinə 75 milyon dollar qazandırıb.

2009-cu ildə vəfat etmiş M.Cekson artıq 5 ildir ki, reytinqdə "lider"dir.

2-ci pillədə 40 milyon dollarlıq gəlirlə qolfçu Arnold Palmer, 3-cü yerdə isə 38 milyon dollarla karikaturaçı Çarlz Şults bərqərar olub.

Rok-n-roll kralı Elvis Presli 35 milyon dollarlıq gəlirlə 4-cü yerdədir.

Reytinqdə 5-ci olan Bob Marli isə varislərinə 23 milyon dollar qazandırıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin