Bakı metrosunda növbəti fotosərgi təşkil olunacaq.
"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, sərginin açılışı noyabrın 1-i saat 11:00-da metronun "Nəriman Nərimanov" stansiyasında baş tutacaq. Fotoşəkillər stansiyanın keçidlərində nümayiş olunacaq.

Qeyd edək ki, Metro Gallery layihəsi çərçivəsində baş tutacaq bu dəfəki sərgi "Köhnə Bakı" adlanır.

Adından da bəlli olduğu kimi sərgidə Bakının köhnə görüntülərinin əks olunduğu fotoşəkillər nümayiş olunacaq.
Arzulayan hər kəs, o cümlədən paytaxtın qonaqları və turistlər sərgi vasitəsilə "küləklər şəhəri"nin tarixinə fotoekskurs edə bilərlər.

Xatırladaq ki, Bakı metrosunun keçidlərində fotosərgilərin keçirilməsi ilk hadisə deyil, bu, artıq ənənə halını alıb.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində