Gürcüstanlı futbolçu məşq zamanı dünyasını dəyişib

14:02 6 Aprel 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 13:55 ]


Bakı – APA. Yaşıl meydanlarda daha bir ölüm hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, Gürcüstanın I liqa klubu “Betlemi”nin kapitanı Arçil Partenadze məşq zamanı vəfat edib.

 

Onun ölümünə səbəb ürəktutması olub. Komandanın məşqçi və futbolçularının sözlərinə görə, Partenadze məşqin gedişində özünü pis hiss edib və yerə yıxılıb. Ürəyi dayanan futbolçu yerindəcə keçinib.

 

Qeyd edək ki, Partenadze karyerası ərzində bundan öncə Batumi “Dinamo”su (2004-2008) və “Adeli” (2011-2014) klublarının formasını geyinib. 2009-cu ildə qısa müddət Minskin “MTZ Ripo” klubunda məşq edib. Məhz ilk dəfə həmin vaxt ürəyindən şikayət edib.

 

Həkimlər onun ürəyində problem olduğunu bildirsələr də, Partenadze futboldan getməkdən imtina edib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR