“Report” bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin nəzarət tədbiri üzrə proqram təsdiq olunub.
Hesablama Palatasının auditoru Firsənd Qurbanov və şöbə müdiri Hilal Hüseynov ECOSAI-ın İdarə Heyətinin 23-24 oktyabr 2017-ci il tarixində keçirilmiş XXII toplantısında iştirak barədə kollegiyada məruzə ediblər.