Millimizin yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov təyin edilib. Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında verilib.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində