Xilasedicilər Lənkəranda yolu bağladılar

Xilasedicilər Lənkəranda yolu bağladılar
16:01 6 Aprel 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda İstisu qəsəbəsində fermer Araz Yaqubova məxsus çay plantasiyasında becərmə işləri aparılarkən 1 ədəd artilleriya mərmisi aşkarlanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hərbi sursat barədə dərhal bütün aidiyyatı qurumlar məlumatlandırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qrupu, hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Mümkün təhlükəsizlik tədbirləri görülüb.

Diametri 70 sm. olan artileriya mərmisi əraziyə cəlb olunan Daxili Qoşunların xüsusi qrupu tərəfindən təhlükəsizıik qaydalarına əməl edilməklə götürülüb.

İstisu qəsəbə icra nümayənəsdinin müavini Xanbaba Məmmədov ANS PRESS-in bölgə müxbirinə açıqlamasında bildirib k, mərminin tapıldığı həmin ərazi vaxtı ilə Sovet qoşunlarının poliqona getdiyi yolun üzərindədir. Onun sözlərinə görə, ola bilsin ki, mərmi bura həmin vaxtı atılıb.

İşlək vəziyyətdə olan hərbi sursat təhlükəsiz yerdə xüsusi şəraitdə zərərsizləşdirilib.
Mənbə
ANS PRESS, Esmira İsmayılova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR