Qazax rayonunun uşaq bağçalarının rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün vaxt verilib

Qazax rayonunun uşaq bağçalarının rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün vaxt verilib
17:38 6 Aprel 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə ərazi idarəsi tərəfindən Qazax rayonu Daş Salahlı kəndində yerləşən 1, 2, 3 və “Azadlıq” küçəsində yerləşən 6 nömrəli uşaq bağçası-körpələr evində yoxlama aparılıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı bağçalarda “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanmas”ı standartının tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, bağçaların mətbəx və məhsul anbarlarının vəziyyəti qeyri-qənaətbəxş olub. Soyuducular temperatur göstəriciləri ilə tənzimlənmədən istismar edilir, məişət qabları köhnəlmiş vəziyyətdədir, soba köhnədir.
6 nömrəli bağçada otaqların qızdırılması üçün dizel yanacağından istifadə olunur ki, bu da həm təhlükəlidir, həm də otaqları tam qızdırmır. Habelə mətbəx işçiləri uniforma ilə təmin olunmayıb və işçilər tibbi müayinədən keçirilmir.
Bağçalarda gündəlik menyu tərtib edilir. Amma standarta əsasən menyu hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik tərtib olunmalıdır. Bişirilmiş yeməklərin gündəlik nümunəsinin götürülməsi zamanı normativ sənədin tələbinə riayət edilmir.
Bununla bağlı müəssisələrin rəhbərlərinə iradnamə və nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazax_rayonunun_usaq_bagchalarinin_rehberlerine_noqsanlarin_aradan_qaldirilmasi_uchun_vaxt_verilib-843939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR