Bakı, 6 aprel, AZƏRTAC
İndoneziyada məhkəmə Prezident Coko Vidodonun əfv etmədiyi edama məhkum olunmuş avstraliyalı narkotik dəllalları - Myuran Sukumuran və Endryu Çanın son mümkün apelyasiya şikayətini rədd edib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, hakimlər dövlət başçısının qərarını dəyişdirmək qədər səlahiyyətli olmadıqlarını bildiriblər.
Myuran Sukumuran və Endryu Çan 9 nəfərdən ibarət cinayətkar qruplaşmanın təşkilində və 2005-ci ildə Balidən Avstraliyaya kokain yükünün aparılmasına cəhd etməkdə günahkar bilinirlər. Məhbuslar keçən həftə Yava yaxınlığında yerləşən adalardan birindəki həbsxanaya köçürüblər. Onların edamı məhz bu həbsxanada icra olunmalıdır.
Avstraliya hökuməti öz vətəndaşlarının ömürlük həbs cəzasının xərcini ödəməyə hazır olduğunu bildirsə də, İndoneziya tərəfi bu təklifi cavabsız qoyub.