Məlumatda bildirilir ki, "iqtisadi əsaslara söykənməyən qiymət hərəkətləri nəzərə alınaraq bankların icazə verilən valyuta ehtiyatı dəhlizinin üst limiti 60%-dən 55%-ə endirilib. Bu dəyişikliklə təxminən 5,3 mlrd. lirə dövriyyədən çıxarılaraq, 1,4 mlrd. dollar likvidlik şəklində banklara daxil olacaq".
Qərardan sonra 3,83 TRY/USD səviyyəsinə qədər geriləyən məzənnə, daha sonra yenidən yüksəlməyə başlayıb. Hazırda dolların məzənnəsi 3,8650 TRY/USD səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, Türkiyədə dolların artmasına səbəb bu gün qlobal valyuta bazarında müşahidə olunan dolların möhkəmlənməsi prosesidir. "Report"un analitik qrupu Türkiyədə noyabr ayı ərzində dolların məzənnəsinin bir qədər də yüksələcəyini və 4,00 TRY/USD-yə çatacağını proqnozlaşdırır.