Türkiyə Futbol Federasiyası Super Liqanın oyunlarını 1 həftəlik təxirə salıb

19:02 6 Aprel 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 18:55 ]

Bakı – APA. Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın növbəti turunun oyunlarını 1 həftəlik təxirə salıb.

APA-nın xəbərinə görə, bu həftənin sonunda keçiriləcək 27-ci turun oyunları gələn həftə oynanılacaq. Qərarın səbəbi “Fənərbağça” futbol komandasına edilən hücumdur.

 

Xatırladaq ki, aprelin 4-də axşam “Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “Fənərbağça”nın avtobusu Trabzon vilayəti ərazisində atəşə tutulub. Naməlum şəxs ov tüfəngindən avtobusun sürücüsünə tərəf atəş açaraq qaçıb. Nəticədə sürücü yaralanıb.

 

Hadisədən sonra “Fənərbağça” rəhbərliyi cinayət tam aydınlaşdırılana və günahkarlar tutulana qədər çempionatın oyunlarına çıxmaq istəmədiklərini bəyan edib. TFF komandanın bu həftə ölkə kuboku və milli çempionat çərçivəsində keçirəcəyi oyunları təxirə salıb.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR