Türkiyədə futbol dayandı

Türkiyədə futbol dayandı
22:47 6 Aprel 2015
76 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə superliqasında bu həftəsonu keçirilməsi nəzərdə tutulan 27-ci turun oyunları və kubok matçları bir həftəliyinə təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə qərar Türkiyə Futbol Federasiyasının və klub rəhbərlərinin iştirakı ilə bu gün keçirilən zirvə toplantısında qəbul olunub.

Toplantıda Türkiyə millisinin baş məşqçisi Fatih Terim də iştirak edib. Superliqanın oyunlarının təxirə salınmasına səbəb ötən turda "Rizəspor" - "Fənərbaxça" matçından (1:5) sonra qonaq komandanı daşıyan avtobusun silahlı basqına məruz qalması səbəb olub.

Federasiya baş verən hadisədən sonra dünən "Fənərbaxça"nın kubokda "Mersin" və superliqada "Bursaspor"la keçirəcəyi görüşlərin təxirə salındığını açıqlayıb. Bu gün isə qarşıdakı həftələrdə superliqada və Türkiyə kubokunda analoji hadisənin bir daha təkrarlanması üçün görüləcək tədbirlər müzakirə olunub. Görüşün sonunda TFF superliqa oyunlarının bir həftəliyinə təxirə salındığını bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR