DƏHŞƏT: Zəlzələ nəticəsində 200 nəfər həlak olub

İran-İraq sərhədində, Süleymaniyə və Hələbcə şəhərlərinin kəsişmə nöqtəsi olan bölgədə 7.3 bal gücündə zəlzələdə ilkin məlumatlara görə, İranda 200 nəfər ölüb, 2000 nəfər ağır yaralanıb. İraqda isə 6 nəfər həyatını itirib.

Zəlzələ Türkiyənin şərq və cənub-şərqində hiss edilib. Baş Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada zəlzələnin dağıntı və insan tələfatı yaratmadığı açıqlanıb.

09:27

İraqla sərhəddə baş verən zəlzələ nəticəsində İranda 141 nəfər həlak olub, mindən çox insan yaralanıb.

05:42

İran-İraq sərhədində baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 129-a çatıb. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Daha öncə 93 nəfərin öldüyü bildirilirdi.

X X X

04:17

İran-İraq sərhədindən baş verən zəlzələ nəticəsində ölənlərin sayı 93-ə çatıb, mindən çox adam yaralanıb. Trend-in Press TV-yə istinadən verdiyi məlumata əsasən, bunu xilasedicilər bildirib.

Yaradılan Böhran Mərkəzinin məlumatına görə, zəlzələnin əsas zərbəsi İranın qərbində yerləşən Kermanşah və İlam vilayətlətinə düşüb. Məhz orada - İlam, Kermanşah və Qəsri Şirin şəhərlərində ən böyük dağıntılar qeydə alınıb.

X X X

03:09

İran-İraq sərhədində baş verən güclü zəlzələ nəticəsində 61 nəfər ölüb, daha 300 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bunu İran FHN-nin nümayəndəsi ISNA agentliyinə bildirib.

Xatırladaq ki, İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR