Azərbaycanlı ekstrasens canlı yayımdan qovuldu

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev tanınmış teleaparıcı Aleksandr Qordonun “Birinci” kanalda yayımlanan proqramında qonaq olub.

Metbuat.az xəbər verir ki, veriliş yalançı ekstrasenslər və onlara aldanan insanlardan bəhs edib. Çəkiliş zamanı A.Qordon Z.Rzayevi studiyadan qovub. Bununla bağlı məlumatı ekstrasens öz "Youtube" kanalında yayıb. O bildirib ki, teleaparıcının bu hərəkətini ən yaxşı halda tərbiyəsizlik kimi qiymətləndirmək olar:

“Noyabrın 8-i Rusiyanın 1-ci kanalında "Мужское Женское" proqramında qonaq oldum. Mən bu kanalı sevsəm də ancaq orda mənə qarşı kobudluq halına imkan verildi. Çox qəribədir ki, məni qonaq kimi dəvət edib sonra qovmaq nə dəmkdir, başa düşmədim? Qordon məni studiyadan qovdu. Məni alçatmaq istədi. Hörmət edib-etməmək öz işidir, ancaq insanlara hörmət tərbiyənin göstəricisidir. Aparıcı sakit, azad olmalıdır, heç kəsin tərəfini saxlamamalıdır. Siz məni məhkəmədəyəmmiş kimi mühakimə edirdiniz. Lakin sübutsuz. Bir neçə ali təhsilim var, klinikada çalışıram. Klinikanı özəl olduğu üçün tənqid edirdiniz, lakin onun dövlət lisenziyası var. Düşünürsünüz ki, özəl klinikalarda müalicə olunan insanlar təhsilsizdir? Məncə, studiyadan qovulmağımı efirdə göstərməyəcəklər, amma nümayiş etdirməklərini istəyirəm. Qordon bu addım ilə özünü alçaldıb. O, neqativ, aqressiya və tərbiyəsizlik saçır”.


Pərvin Abıyeva elə bir FOTO paylaşdı ki... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR