"Neftçi" heyətinə yeni futbolçu cəlb etdi

"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib.

Metbuat.az klubun saytına istinadən məlumat verir ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb. 2014/2015 mövsümündə "İnter” klubunun heyətində Premyer Liqada debüt etmiş E.Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb.

U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş E.Süleymanov Sloveniya yığması ilə oyunda (3:2) qol vurub. Yeni transferimiz ötən il U-21 milli komandamıza da cəlb olunub.

Xorvatiya millisi Dünya Çempionatına vəsiqə qazandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR