“Kəndimin insanları” adlı foto-sərgi açılıb

“Kəndimin insanları” adlı foto-sərgi açılıb
11:33 7 Aprel 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 7 aprel, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Kəndimin insanları” adlı foto-sərgi açılıb. Bu yaxınlarda dünyasını dəyişən gənc fotoqraf, 37 yaşlı Dadaş Adnaya (Adnayev Əbülqasım İsrafil oğlu) ithaf edilən sərgidə üç gənc fotoqrafın - Dadaş Adna, Rafael Rzayev və Elnur Rzayevin əsərləri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva dünyada fotoqrafçılığın yaranmasından və təşəkkül tapmasından bəhs edib, sərgidə nümayiş olunan fotolardan danışıb.
Mərhum fotoqraf Dadaş Adnanın dostları Elnur və Rafael Rzayevlər sərgiyə gələnlərə minnətdarlıqlarını bildiriblər.
Sonra sərgiyə baxış olub.
Dörd gün davam edəcək sərgidə Dadaş Adnanın 46, Elnur Rzayevin 8, Rafael Rzayevin isə 8 olmaqla, ümumilikdə 62 əsər nümayiş olunur.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kendimin_insanlari_adli_foto_sergi_achilib-844143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR