Bu gün Topaz Premyer Liqasında 12-ci tura start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə yalnız 1 görüş keçiriləcək. Turun açılış matçında "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək.

Bu, Bakı Olimpiya Stadionunda keçiriləcək ölkə çempionatının ilk oyunu kimi tarixə düşəcək.

Çempionlar Liqasının qrup mərhələsində "Çelsi"yə qarşı keçiriləcək matç öncəsi "Sumqayıt"ı da məhz ölkənin ən böyük arenasında qəbul edəcək.

Qeyd edək ki, turun 2 oyunu şənbə, 1 matçı isə bazar günü keçiriləcək.

Topaz Premyer Liqa

12-ci tur

17 noyabr

18:30. "Qarabağ" - "Sumqayıt"
Hakimlər:
İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev
Bakı Olimpiya Stadionu

18 noyabr (şənbə)
13:00. "Keşlə" - "Zirə"
Hakimlər:
Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
"İnter Arena"

15:00. "Kəpəz" - "Səbail"
Hakimlər:
Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

19 noyabr (bazar)

17:00. "Neftçi" - "Qəbələ"
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
8-ci km stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 10 8 1 1 17-4 25
2 Zirə 11 7 3 1 19-8 24
3 Qəbələ 11 7 1 3 16-11 22
4 Sumqayıt 11 5 1 5 14-15 16
5 Neftçi 11 4 1 6 12-11 13
6 Səbail 10 3 0 7 6:16 9
7 Keşlə 11 2 2 7 8:17 8
8 Kəpəz 11 2 1 8 7-17 7

Bombardirlər:
Mahir Mədətov ("Qarabağ") - 5 qol
Baqali Dabo ("Qəbələ) - 5 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol
Təmkin Xəlilzadə ("Zirə") - 4 qol
Riçard Qadze ("Zirə") - 4 qol