Sabah Bakının bu ərazisində işıq olmayacaq

Paytaxtın Əhmədli qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bu barədə Metbuat.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli qəsəbəsinin bir hissəsinə (General Şıxlı, Nəsrəddin Tusi, Sarayevo, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Uşaqlarını öldürən anaya cəza verilmədi - Səbəbi isə... / FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR