Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağına hazırlıq məsələləri müzakirə edilib

15:03 7 Aprel 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, Pərvanə İmanova, AZƏRTAC
Aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və akademiyanın elmi müəssisələrinin Direktorları Şurasının birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın illik ümumi yığıncağına hazırlıq, bu elmi qurumun 70 illiyi ilə əlaqədar nəşrlər, elmi-tədqiqat proqramlarının maliyyələşdirilməsi, tədqiqat işlərinin əlaqələndirilməsi, doktorluq imtahanlarına dair yeni tələblər və digər məsələlər müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Milli_Elmler_Akademiyasinin_illik_umumi_yigincagina_hazirliq_meseleleri_muzakire_edilib-844220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR