Nazirlik işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi müəssisələrin işini dayandırıb

Nazirlik işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi müəssisələrin işini dayandırıb
15:07 7 Aprel 2015
270 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən Bakının Qaradağ rayonunda yerləşən "Tutu" MMC-yə məxsus mişar daşlarının istehsalı sahəsində (daş karxanası) aparılan dövlət nəzarəti nəticəsində müəssisədə əməyin mühafizəsi norma və standartlarına əməl olunmadığı, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilmədiyi, işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmadığı aşkar edilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əmək şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurduğu bu istehsalat sahəsində eyni zamanda işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi də məlum olub. Müəssisədə aşkar olunan hüquq pozuntuları aradan qaldırılanadək işlər dayandırılıb, həmçinin müəssisənin sahibinə icrası məcburi olan göstərişlər verilərək, icrası nəzarətə götürülüb.
"Xəzri-E" MMC-də aparılan araşdırma da burada əmək qanunvericiliyinə əməl olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində ciddi nöqsanların aşkar edilməsi ilə nəticələnib. Bu müəssisədə də nöqsanlar aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar cari ilin aprel ayının "Təhlükəsiz iş ayığı" elan edilməsində məqsəd işəgötürənlərin, ümumən cəmiyyətin əməyin təhlükəsizliyi məsələsinə diqqətinin artırılması, bu sahədə hələ də mövcud olan nöqsanların tam aradan qaldırılmasıdır. Aylıq çərçivəsində müvafiq Tədbirlər Planı üzrə Bakıda və respublikanın regionlarında əməyin mühafizəsi, işçi insanların həyat və sağlamlığının qorunması mövzusunda silsilə tədbirlərlə yanaşı, əmək qanunvericiliyinə, texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyətinin öyrənilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birgə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub.








Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/nazirlik-iscilerin-boyuk-qisminin-qeyri-leqal-emek-fealiyyetine-celb-edildiyi-muessiselerin-isini-da

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR