İllərdi müğənniyəm, məni elə-belə qarşılayırdılar. Amma Əli Mirəliyevlə qalmaqaldan sonra hamı üstümə qaçdı, məni tanıdı.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Səməd Səmədov "Lider maqazin"ə açıqlamasında deyib.

Müğənni bildirib ki, Mirəliyevə görə yaradıcılığında yeniliklər edir:

"Çoxdandı mənə ilişmir, yola verir. Gərək ona sataşım ki, qalmaqal qalxsın. Əli Mirəliyev mənə ilişməsəydi, qalardım o səviyyədə. Onun acığına yeni mahnılar yazdırıb, kliplər çəkdirdim. O, mənim talismanımdır".

Milli.Az