Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək.
Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, sabah baş tutacaq tədbirdə FİFA-nın prezidenti Canni İnfantino, FİFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək.
Milli.Az AFFA-ya istinadən xəbər verir ki, sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində