Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

16:27 7 Aprel 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 16:20 ]


Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov, köməkçiləri – Elşad Həmidov və Cəlal Salayevlə birlikdə Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayon polis şöbələrinin müvəqqəti saxlanma məntəqələrində monitorinq keçiriblər.

 

Bu barədə APA-ya məlumat verən E, Behbudov bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərin vəziyyəti, onlara qarşı münasibətlə maraqlanıblar: “Monitorinqin məqsədi saxlanma şəraiti, saxlanılan şəxslərə qarşı münasibət, saxlanılan şəxslərlə bağlı sənədləri yoxlamaqdan ibarət idi. Saxlanılan şəxslər əsasən Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma), 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələrinə əsasən təqsirləndirilirlər”.

 

E. Behbudov monitorinq zamanı saxlanılan şəxslərdən bəzi şikayətlərin olduğunu da bildirib: “İşgəncə və qeyri-insani rəftarla bağlı şikayətlər olmasa da, istintaqın gedişi ilə bağlı saxlanılan şəxslərdən bir neçə şikayət daxil olub. Həmin məsələləri daxili işlər naziri Ramil Usubovun diqqətinə çatdıracağıq ”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR