"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Daha sonra məhkəmə istintaqının tamamlandığı elan olunub.
Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.
Qeyd edək ki, İ.Qasımov əvvəllər "Kapital Bank"da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.
İ.Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) və digər maddəsi ilə ittiham olunur.