“ICTnews” Elektron Xəbər Xidməti “vistanews.ru” saytına istinadən yazır ki, “VisualDx” mobil proqramı müasir kompüter təlimi texnologiyasından istifadə edir. Sözügedən proqram insanın dərisinin vəziyyətini və xəstəliyi müəyyənləşdirmək qabiliyyətinə malikdir.
“VisualDx” proqramı hələ ki yalnız həkimlər tərəfindən istifadə olunur. Onlar bu proqramı sınaqdan keçirirlər. Ancaq indi istənilən şəxs sözügedən mobil tətbiqi “Google Play” və ya “AppStore” proqramlar mağazasından yükləyə bilər.
Emil Hüseynov