Toxum Fondunda qeydiyyatdan keçmiş sertifikatlı toxumlar tədarük olunacaq

Toxum Fondunda qeydiyyatdan keçmiş sertifikatlı toxumlar tədarük olunacaq
18:13 7 Aprel 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, Xalid Məmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı Sərəncamla təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cari ilin üçüncü rübündə Toxum Fondunun fəaliyyətinin təmin edilməsi də öz əksini tapıb.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a müsahibəsində deyib ki, fermerlər üçün Toxum Fondunun yaradılması çox vacib məsələdir: “Fövqəladə vəziyyətdə, quraqlıq və yaxud da hər hansı hadisə baş verdikdə məhsul istehsalçılarının etibarlı və sertifikatlı toxum ilə təminatı üçün bütün şərait yaradılacaq. Yəni, respublikada qeydiyyatdan keçmiş dənli və dənli paxlalı və digər bitkilərin sertifikatlı toxumları həmin fondda tədarük olunub saxlanılacaq. Ehtiyac yarandıqda isə fermerlər bu toxumlardan istifadə edə biləcəklər. Hazırda bununla bağlı lazımi addımlar atılır”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Toxum_Fondunda_qeydiyyatdan_kechmis_sertifikatli_toxumlar_tedaruk_olunacaq-844317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR