S.Həsənovanın sözlərinə görə, növbəti illərdə Azərbaycan iqtisadiyyatı daha sürətlə diversifikasiya olunacaq: "Növbəti illərdə bir sıra sənaye müəssisələrinin açılışının şahidi olacağıq. Aparılan islahatlar nəticəsində tranzit daşımaların həcmi son 9 ayda 7,9 mln. tona çatıb. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin işə düşməsi Azərbaycanın tranzit potensialını daha da artıracaq".
Nazir müavini qeyd edib ki, bankların sağlamlaşdırılması üçün Türkiyə təcrübəsi nümunə olmalıdır: "Türkiyədə 2001-ci ildə məhz bankların sağlamlaşdırılması yolunun seçilməsi bizim banklar üçün də nümunədir".