FIFA-nın Bakıdakı İcraedici Futbol Sammitində müzakirə olunmuş məsələlər müəyyənləşib

FIFA-nın Bakıdakı İcraedici Futbol Sammitində müzakirə olunmuş məsələlər müəyyənləşib
18:02 23 Noyabr 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ FIFA-nın Bakıda keçirilən İcraedici Futbol Sammitində müzakirə edilən məsələlər müəyyənləşib.
“Report” ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə aşağı yaş qruparı və qadınlar arasında təşkil olunan yarışların gələcək perspektivləri, FİFA-nın Gələcək İnkişaf Proqramı və onun növbəti illərdə təkmilləşdirilməsi yolları, eləcə də transfer sistemi və transfer dövrü ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin FİFA rəsmilərinin yerli federasiyalarla pioritet məsələlərlə bağlı təcrübələrin bölüşülməsi tövsiyyə olunub. Növbəti Sammit 2018-ci ilin martında Perunun paytaxtı Limada olacaq. 
Qeyd edək ki, tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edib. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxil olub. Sammitdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Abdullayev təmsil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fifa-nin-bakidaki-i-craedici-futbol-sammitinde-muzakire-olunmus-meseleler-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR