İsrail və Misir 2015-ci ildə Barak Obama administrasiyasını İranın bombalamağa məcbur edirdi.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Vaşinqtonda keçirilən bir forumda danışıb.

Onun sözlərinə görə, Qahirə və Təl-Əviv ABŞ-dan İranla bağlanan nüvə razılaşması öncəsi bu ölkənin bombalanmasını istəyirdi. Keçmiş dövlət katibi qeyd edib ki, bir çox kral və dövlət başçısı da ABŞ-a “İranın anlayacağı tək dilin bombardman olduğu”nu bildirirdi.

İranla imzalanan nüvə razılaşmasını dəstəkləyən Kerri yaxın 10-15 il ərzində İranın nüvə silahı əldə edib-etməyəcəyini bilmədiyini deyib. O, 2015-ci ildəki razılaşmanı “ABŞ-ın əldə edə biləcəyi ən yaxşı şey” adlandırıb.

Xatırladaq ki, İranın nüvə proqramının dayandırılması və qarşılığında BMT sanksiyalarının ləğvini nəzərdə tutan razılaşma Tehranla “5+1” qrupu (ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya) arasında 14 iyul 2015-ci ildə imzalanıb.

Ömər Dağlı