Avtomobil təkərlərində pirotexnika aşkarlandı

Avtomobil təkərlərində pirotexniki məmulatlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21074” markalı minik avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin təkərlərinə reaksiya verdiyi üçün avtomobil əsaslı şəkildə yoxlanılıb. Nəticədə, avtomobilin təkərlərinin içərisində 80 ədəd “Big cracker” və 18 ədəd “Draggon eggs cracker” markalı pirotexniki vasitələr aşkarlanıb.

Aşkar edilən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan vura bilir. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.

Dövlət Gömrük Komitəsi bir daha nəzərə çatdırır ki, belə hallara yol verən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Nazirlərin qəbuluna düşmək istəyənlər - DİQQƏT! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR