Mərakeş millisinin baş məşqçisi Erve Renar ölkənin futbol federasiyası ilə yeni anlaşma imzalayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin yeni müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub. "BBC Sport"un məlumatına görə onun məvacibi 78 milyon avro təşkil edəcək. Komandanın uğurlu çıxışına görə bonuslar da nəzərdə tutulub.

Renar Zambiya (2012) və Kot-d`İvuar millisi ilə Afrika Millətlər Kubokunun qalibi olub. 2016-cı ildən Mərakeş millisində çalışan fransalı mütəxəsis komandanı 2018-ci il dünya çempionatına çıxarıb. Qərbi Afrika təmsilçisi 1998-ci ildən sonra ilk dəfə mundial həyəcanı yaşayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində