Bu gün Topaz Premyer Liqasında XIV tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq. Həftənin açılış matçı ölkə çempionatlarının iki daimi iştirakçısı və ən çox üz-üzə gələn cütü – "Neftçi” və "Qarabağ” arasında olacaq.
Hazırda 16 xalla 5-ci sırada yer alan "ağ-qaralar” lider "Qarabağ”dan 15 xal geri qalır.
Azərbaycan Premyer Liqası. XIV tur
1 dekabr
18:30. "Qarabağ” – "Neftçi”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Azersun Arena” (CBC Sport, canlı)