Tanınmış Türkiyəli müğənni Levent Yükselin 22 il öncə indiki sevgilisi, Lidya Özdemiroğlu dünyaya gələrkən onun qızın atası, Atilla Özdemiroğlu ilə xəstəxanada olduğu ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Gazetemagazin” saytı yayıb. Məlum olub ki, 53 yaşlı Levent həmin vaxt yaxın dostu Atilla ilə studiyada mahnı yazdırırmış. Qəfil Atillaya xəstəxanadan zəng gəlir və o, Leventlə birlikdə xəstəxanaya yollanır. Həmin günü Atillanın qızı Lidiya dünyaya gəlir. Beləcə, Yüksel 22 il sonra başına gələcək hadisələrdən xəbərsiz olub. Atilla Özdemiroğlu dünyasını dəyişdikdən bir müddət sonra Lidiya və Levetn arasında sevgi münasibəti başlayıb.

Qeyd edək ki, Lidiyanın anası Hepgül Özdemiroğlu aralarında 31 yaş olmasına baxmayaraq, qızı və Leventin sevgi münasibətini dəstəkləyir.
Pərviz Hüseyn