"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun qızı Yevgeniya Qriqorçuk evlənib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Latviyada yaşayan Yevgeniyanın nikah mərasimi Riqada baş tutub.
Y.Qriqorçuk bank sektorunda çalışır.
Qeyd edək ki, Roman Qriqorçuk 1998-2009-cu illərdə Latviyada çalışdığı illərdə ailəsi ilə birgə yaşayıb. O, daha sonra Ukraynaya qayıtsa da, qızı orada yaşamağa davam edib.
Milli.Az