Bu gün İranda keçirilən futzal üzrə "4 Top Nations" turnirinə yekun vurulacaq.

Milli,Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamız son oyun günündə Qazaxıstan yığmasını sınağa çəkəcək.

İlk matçda İran yığması ilə heç-heçə (3:3) edib, ardınca Rusiyaya uduzan (3:4) Joze Alesio Da Silvanın yetirmələri bu qələbə qazanmağa çalışacaqlar. Məğlubiyyət isə komandamızın sonuncu pilləyə düşməsi ilə nəticələnəcək.

"4 Top Nations" turniri
III tur
Azərbaycan - Qazaxıstan - 2:0
Qollar: Uilyams Oliveyra, 9, 11

Azərbaycan: 12. Rövşən Hüseynli, 18. Rafael Karvalyo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 9. Qabriel Bastos, 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 5. Renat Sultanov, 7. Ramiz Çovdarov, 10. Uilyams Oliveyra, 3. Tiaqo Martins, 15. Seymur Məmmədov
Baş məşqçi: Alesio da Silva

Qazaxıstan: 2. Leonardo De Melo, 10. Çingiz Yessenamanov, 6. Leonardo Mendonsa, 14. Duqlas Da Silva, 15. Dauren Tursaqulov, 1. Qriqori Knaub, 4. Rinat Tureqazin, 5. Serik Jamankulov, 8. Dinmuxambet Süleymanov (k), 11. Mixail Perşin, 12. Pavel Taku, 19. Albert Akbalikov, 20. Birjan Orazov
Baş məşqçi: Kakau

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində