“Report” “Haber7”yə istinadən xəbər verir ki, R.T.Ərdoğan hər üç ölkənin liderinə ayrı-ayrılıqda zəng edib.
Müzakirələr zamanı Qüdsün İsrailin paytaxtı kimi tanınmasının Yaxın Şərqdə sülh prosesinə zərbə vuracağı bildirilib.
Qeyd edək ki, dekabrn 6-da İordaniya kralı Abdulla II ibn Hüseynin Türkiyəyə səfəri başlayıb. R.T.Ərdoğanın məsələni İordaniya kralı ilə müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə müzakirə aparıb. O, Yaxın Şərq ölkələrinin liderlərinə deyib ki, dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər.