"Report"un "TİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər yayıb.
"Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin gündəliyinə dair məsələləri müzakirə edib, iki dövlət başçılarının əldə etdiyi razılaşmaların həyata keçirilməsinə toxunub və ATƏT-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıblar", - Ermənistan XİN-in saytında bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, nazirlər həmçinin Qarabağ münaqışəsinin sülh yolu ilə həlli prosesini nəzərdən keçirib.