"Silk Way West Airlines" aviaşirkəti Bakıdan Kansay Beynəlxalq Hava Limanına (Osaka şəhərinin yaxınlığında) yük daşımaları üçün birbaşa reys açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, reyslər hər cümə günü Boeing 747-400 və Boeing 747-8F vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, Bakı və Yaponiya arasında yük aviareysləri 2016-cı ildən açılıb. "Silk Way West Airlines" şirkəti Komatsu şəhərinə uçuşlar təşkil edir.

Milli.Az