Misirin pravoslav kilsəsi ABŞ-ın vitse-prezidentini qəbul etməkdən imtina edib
Paylaş
121 baxış·1 dəq oxu
Bakı. 9 dekabr. REPORT.AZ/ Misirdə patriarx II Tavadros rəhbərlik etdiyi qibtilərin pravoslav kilsəsi dekabrın sonunda Qahirəyə səfərə gələcək ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul etməkdən imtina edib. Buna ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması səbə olub. “Report” xəbər verir ki, bu barədə patriarxiya katibliyinin xüsusi bəyanatında bildirilir.