Misirin pravoslav kilsəsi ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib
Paylaş
84 baxış·1 dəq oxu
Bakı. 9 dekabr. REPORT.AZ/ Misirdə patriarx II Tavadros rəhbərlik etdiyi qibtilərin pravoslav kilsəsi dekabrın sonunda Qahirəyə səfərə gələcək ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə görüşməkdən imtina edib. Buna ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması səbəb olub. “Report” xəbər verir ki, bu barədə patriarxiya katibliyinin xüsusi bəyanatında bildirilir.