Sarkisyanı Azərbaycana gətirən 3 GİZLİ SƏBƏB, əsrin SAZİŞİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
246 baxış·21 dəq oxu
Azərbaycan və Ermənistan xarici işlər nazirləri
arasında görüş keçirilib. Xəzər dənizinin hüquqi statusu üzrə bütün
məsələlərlə bağlı razılıq əldə olunub. Ermənistan parlamenti
Rusiyanın İrəvana 100 milyon dollarlıq kredit verməsi haqqında
müqaviləni təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin 2018-ci
ildə prezident seçkilərində iştirakını rəsmən elan edib.Husilər Yəmənin devrilmiş liderini öldürüblər. ABŞ və Cənubi
Koreyanın Koreya yarımadası ətrafında birgə hərbi təlimə başlaması
regionda müharibəyə gətirib çıxara bilər. ABŞ prezidenti Donald
Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Qüdsdə və İordan
çayının qərb sahilində fələstinlilərlə İsrail təhlükəsizlik gücləri
arasında toqquşmalar baş verib. Vaşinqton Fələstin-İsrail
probleminin həlli üçün “əsrin sazişi”ni bağlamaq
istəyir.
Azərbaycan, Dağlıq Qarabağ
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
dekabrın 6-da ATƏT-in MQ həmsədrlərinin vasitəçiliyi ilə
Ermənistandan olan həmkarı E.Nalbəndyan ilə Vyanada
görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişənin tezliklə həlli üçün substantiv, məntiqi və konkret
əsaslı danışıqların aparılmasının zəruri olduğu vurğulanıb.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəticələrə
yönələn danışıqların yenidən başlaması yaxşı haldır.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici
İşlər Nazirləri Şurasının Vyanada keçirilən iclasında deyib.
Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan
Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla keçirdiyi son görüşün
müsbət ab-havada keçdiyini bildirib. "Elmar
Məmədyarovla dünənki görüşümüz, ümumilikdə, müsbət ab-havada keçdi.
İndi hadisələrin inkişaf edəcəyini gözləyirik", - diplomat
vurğulayıb.
E.Nalbandyan həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin
Cenevrədəki görüşünü müsbət qiymətləndirərək tərəflərin ortaq fikrə
gəldiklərini vurğulayıb.
ABŞ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini
dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsində
irəliləyiş əldə etməliyik. Bu sözləri ATƏT Xarici İşlər Nazirləri
Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət
katibi Reks Tillerson deyib.
R. Tillerson bildirib ki, ABŞ Azərbaycan və Ermənistan
prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları
intensivləşdirmək qərarına gəlmələrini və münaqişə zonası boyunca
gərginliyi azaltmaq səylərinə sadiqliklərini alqışlayır:
"İrəliləyişi yalnız siyasi iradə olduqda əldə etmək mümkündür".
Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi,
tərəflərə qarşılıqlı faydalı həllərin axtarışında yardımı davam
etdirəcək. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey
Lavrov ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının
Vyanada keçirilən illik iclasında deyib.
Onun sözlərinə görə, bu həll yolları Rusiya, ABŞ və Fransa
prezidentlərinin dəfələrlə təsdiq etdiyi prinsiplərə uyğun
olmalıdır.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin
təşkilatın Vyanada keçirilən 24-cü Nazirlər Şurasında iştirak edən
nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri
Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın
ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanatla
çıxış ediblər. Bəyanatda həmsədr ölkələr
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə,
Helsinki Yekun Aktının prinsipləri əsasında həlli üçün vasitəçilik
missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq
ediblər.
“Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq var,
lakin təəssüf ki, bu, hələlik ciddi irəliləyişlə
nəticələnmir”. Bu barədə Rusiya xarici işlər naziri
Sergey Lavrov Vyanda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının
iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il ərzində Azərbaycan və Ermənistan
prezidentlərinin bir, xarici işlər nazirlərinin isə bir neçə dəfə
görüşü keçirilib.
“Bu dialoq pozitiv haldır. Biz amerikalı və fransalı həmkarlarla
birlikdə kollektiv yanaşmanın olduğu istiqamətdə işləməyə davam
edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz
bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini
tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu,
asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik”, - deyə o
bildirib.
Dekabrın 5-də Rusiya paytaxtı Moskvada Xəzəryanı
dövlətlərin xarici işlər nazirlərinin yeddinci iclası
keçirilib. Toplantıda Azərbaycan, Rusiya, İran,
Qazaxıstan və Türkmənistan XİN başçıları iştirak edirlər.
Region ölkələr Xəzər dənizinin hüquqi statusu üzrə
qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq
müvafiq konvensiyanın mətni hazırdır. Bunu Xəzəryanı
ölkələrinin XİN rəhbərlərinin Moskva görüşünün yekunlarına dair
mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov
bildirib.
“Ümumilikdə mən keçirdiyimiz görüşü pozitiv qiymətləndirirəm.
Biz Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində 20 il davam
edən işi yekunlaşdırdıq. Bu mətn təsdiqlənməsi üçün ölkə
başçılarımıza təqdim olunacaq və biz ümid edirik ki, sənəd onlar
tərəfindən imzalanacaq”, - deyə Lavrov vurğulayıb.
Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu
(BICC) 2017-ci ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini
(Global Militarization Index 2017) dərc edib. 2017-ci
ildə neft qiymətlərindəki azalma və hərbiləşdirmənin səviyyəsi
arasındakı əlaqə xüsusilə Mərkəzi və Cənubi Amerikada, eləcə də
Yaxın Şərqdə aydın görünür.
Azərbaycan 11, Ermənistan... - Beynəlxalq təşkilat 2017-ci ilin YEKUNLARINI AÇIQLADI
Qarabağa gələn Ermənistan prezidenti Serj Sarkisyan
da təlimləri izləyib. “Lragir” saytı yazır ki,
“Ermənistan ordusu əks-hücum planları hazırlayır.
İrəvanın YENİ MÜHARİBƏ TAKTİKASI - Düşmən Qarabağda HƏRƏKƏTƏ KEÇDİ
Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 2-də
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri Qarabağ
münaqişəsi ətrafında baş verən proseslər fonunda diqqət
çəkir. Sarkisyanın Azərbaycan torpaqlarına səfərinə
iki rakursdan baxmaq olar.
Sarkisyan Azərbaycana nə üçün GƏLMİŞDİ? - 3 GİZLİ SƏBƏB ÜZƏ ÇIXDI
Ermənistan
Ermənistan parlamenti Rusiyanın İrəvana 100 milyon
dollarlıq kredit verməsi haqqında müqaviləni təsdiqləyib.
Müqaviləyə parlamentin 92 deputatı səs verib.
Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan
bildirib ki, Ermənistana gətiriləcək hərbi təyinatlı məhsullar
tamamilə yenidir. Nazir müavini əlavə edib ki, təchizatlar
Ermənistanın təhlükəsizliyinin səviyyəsini artıracaq və ölkənin
silahlı qüvvələrinin potensialını gücləndirəcək. Onun sözlərinə
görə, söhbət “regional əhəmiyyət” daşıyan silah növlərindən
gedir.
Ermənistan 100 milyonluq silah müqaviləsini təsdiqlədi
Türkiyə, İran, Yaxın Şərq
ABŞ xaricdən bizim üçün yazılan ssenarilərə tabe
olmadığımız üçün Türkiyəni cəzalandırmaq və etibardan salmaq
istəyir. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.
“Onlar bizi cəzalandırmağa, mühakimə etməyə və gözdən salmağa
çalışırlar. Çünki biz onların ölkəmizdəki nümayəndələri tərəfindən
icra olunan ssenarilərinə əməl etmirik. Onlar bunu FETÖ ilə
edirlər. Ancaq bilməlidirlər ki, bizi aldada bilməyəcəklər”, -
Ərdoğan bildirib.
Türkiyə Prezidenti həmçinin Vaşinqtonu PKK-ya dəstək verməkdə
günahlandırıb.
ABŞ-da keçirilən məhkəmə prosesinə şahid kimi
qatılan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabı oyuncağa
çevirməyə qərar verən ABŞ-ın bu qərarı verdikdən sonra icra etdiyi
“yol xəritəsi”nə dair hər gün yeni detallar ortaya
çıxır.
“Milliyyət” nəşri yazır ki, Zərrabın həyat yoldaşı və uşağı ilə
ABŞ-a getməsi (Zərrab 2016-cı il martında Florida ştatının Mayami
şəhərinə həbs olunub –red.) də ABŞ tərəfindən Türkiyəyə qarşı
qurulan oyunun bir hissəsi idi.
Zərrabın ABŞ-a gedişinin “YOL XƏRİTƏSİ”: Ailəsi necə qaçırıldı? – ŞOK DETALLAR
ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə
sanksiyalarını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza
Zərrabın ABŞ-la əldə etdiyi 7 səhifəlik razılaşmanın detalları
ortaya çıxıb.
Razılaşmanın detalları Nyu-York Vəkillər Bürosunun üzvü Kortan
Toygar tərəfindən “Milliyyət” nəşrinə açıqlanıb. Vəkilin sözlərinə
görə, Zərrab razılaşma çərçivəsində aşağıdakı ittihamları qəbul
edib.
Üzü dəyişdiriləcək və... - ABŞ-ın Zərrabla sövdələşməsinin ŞOK DETALLARI
Dekabrın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan Afinaya səfər edib. Türkiyə prezidentinin
yunan həmkarı Prokopis Pavlopulos və baş nazir Aleksis Çiprasla
görüşlərindən sonra keçirilən mətbuat konfransları Lozanna
müqaviləsi ilə bağlı mübahisələrlə yadda qalıb.
Afinada ikinci “LOZANNA QALMAQALI” - “Bu 11 ölkənin məsələsidir” - FOTO/VİDEO
Ərdoğan 94 illik müqavilənin üstündən XƏTT ÇƏKDİ - Afinada QALMAQAL - VİDEO
ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) rəhbəri
Maykl Pompeo Səudiyyə Ərəbistanı və İsrailin Yaxın Şərqdə birgə
çalışdığını etiraf edib. MKİ başçısı bu haqda
Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumunda
bildirib.
İsrail mətbuatının yazdığına görə, mümkün ittifaqda Təl-Əvivin
payı Livanın hərbi və siyasi olaraq ən güclü qrupu olan “Hizbullah”
təşkilatına qarşı keçirilən əməliyyatdan ibarət ola bilər.
Yeni ittifaq Yaxın Şərqi MƏHV EDƏCƏK – Savaş bu ÖLKƏYƏ KEÇİR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qüds
müsəlmanların qırmızı cigisidir" istiqamətində açıqlamaları İsrail
rəhbərliyində ciddi narazılıqlara səbəb olub.
Ərdoğanın açıqlamasına cavab olaraq İsrail xarici işlər naziri
Emanuel Nahson “Ərdoğan tanısa da, tanımasa da Qüds yəhudilərin 3
minillik, İsrailin isə 70 illik paytaxtıdır” deyib.
Ərdoğanın Qüds açıqlamasına İsraildən SƏRT REAKSİYA
Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü
(Yerusəlim) İsrailin paytaxtı kimi tanıyıb. Onun
sözlərinə görə, ABŞ Yaxın Şərqdə hər iki tərəfi qane edən sülh yolu
ilə nizamlanmaya sadiqdir.
ABŞ prezidenti Amerikanın Tel-Əvivdəki səfirliyinin
Qüdsə (Yerusəlim) köçürülməsi üzrə hazırlıqlara başlamaq barədə
göstəriş verib.
"Dövlət Departamentinə Amerika səfirliyinin Tel-Əvivdən
Yerusəlimə köçürülməsi üzrə hazırlıqlara başlamaq barədə göstəriş
verirəm", — deyə Tramp bildirib.
"Amerika prezidenti Donald Trampın Qüdsü İsraliin
paytaxtı kimi tanımağa dair qərarı "dəlilikdir", Fələstin İsrail
ilə danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina edir.
Bunu Fələstin dövlətinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl
deyib.
"Bu andan etibarən, biz fələstinlilər olaraq, sülh prosesinin
irəliləməsi işində ABŞ-ın vasitəçilik missiyasından imtina edirik.
Yeni dövr başlayır, biz ABŞ-ın bu mövqeyini tamamilə rədd edirik və
hüquqlarımıza riayət olunmasına nail olmaq niyyətindəyik", — deyə o
bildirib.
Eyni bəyanatı Fələstinin lideri Mahmud Abbas da
verib.
“ABŞ Trampın bəyannaməsindən sonra sülh haqqında danışıqlarda
daha vasitəçi ola bilməz”, - o bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatası Fələstin
əleyhinə olan qanun layihəsini təsdiqləyib. Yeni
qanun layihəsinə əsasən İsrail tərəfindən cəzalandırılan və ya
nəzarətə götürülən ailələrə ödənən 300 milyon dollarlıq yardımın
verilməsi dayandırılıb.
Maraqlı məqam odur ki, yeni layihəyə bir müddət əvvəl Təl-Əvivdə
fələstinli gənc tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı
amerikalı tələbə Teylor Forsun adı verilib. Qanun layihəsində
həmçinin Fələstinə yardım edən digər donor ölkələrə də anoloji
addımın atılması məsləhət görülüb.
Qeyd edək ki, qanun layihəsi qüvvəyə Senat və Prezident Donald
Tramp tərəfindən təsdiqləndikdən sonra minəcək.
ABŞ Prezidenti Donald Trampın Qüds qərarı ağır
nəticələrə səbəb olacaq. Bu barədə bəyanatı HƏMAS
hərəkatı yayıb.
“Trampın qərarı Qüdsün ərəb-müsəlman torpağı olması faktını
dəyişməyəcək. ABŞ prezidenti bu qərarı ilə cəhənnəmin qapılarını
Yaxın Şərqdə Vaşinqtonun üzünə açdı. Bu, axmaqlıqdır və zaman
göstərəcək ki, bu qərardan sonra onlar uduzacaqlar”, - təşkilat
bildirib.
“Qüdsün İsrailin paytaxtı kimi tanımaq bu bölgəni
atəşin içinə atmaqdır”. Bunu Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin
paytaxtı kimi tanımasını şərh edərkən deyib.
“ABŞ və İsraildən başqa…” - Ərdoğandan sərt QÜDS BƏYANATI
ABŞ prezidenti Donald Trampın dünən verdiyi
bəyanatla Qüdsü İsrailin paytaxtı kimi tanıması bir anda dünyanın
bir nömrəli mövzusuna çevrildi. Qərar ərəb və
müsəlman dünyasında bomba effekti yaratdı və diqqətlə qarşılandı.
Hazırda əsas sual Ağ Evin sahibinin belə bir addım atmasının
səbəbləri ilə bağlıdır. Brokinqs İnstitutu ABŞ-ın Təl-Əvivdəki
səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı araşdırma aparıb. Dekabrın
1-də dərc edilən nəticələrə görə, amerikalıların 63 faizi
səfirliyin Qüdsə köçürülməsinə qarşı çıxır. Tramp daxili və xaricdə
səslənən etirazlara baxmayaraq, bunda niyə təkid edir? Ehtimallara
görə, bunun 4 səbəbi var.
Trampın Qüds qərarının 4 SƏBƏBİ
Amerikalı ekspertlər ABŞ prezidenti Donald Trampın
Qüdsü İsrailin paytaxtı kimi tanımasını şərh
ediblər.
Sivilizasiyaların toqquşması, üçüncü İNTİFADA... – Trampın Qüds qərarının DƏHŞƏTLİ NƏTİCƏLƏRİ
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin
paytaxtı kimi tanıması Yaxın Şərqdə vəziyyəti
gərginləşdirib. Fələstinin HƏMAS təşkilatının lideri
İsmail Haniye ərəbləri yeni intifadaya (intifada fələstinlilərin
İsrail işğalina qarşı başlatdığı müqavimətin adıdır –red.) çağırıb.
O, Trampın “cəhənnəmə qapı açdığını” deyib.
AFP xəbər agentliyi isə İsrail ordusunun İordan çayının qərb
sahilinə qoşun bölmələri göndərdiyini bildirib.
HƏMAS-dan müharibə ELANI - İsrail ordunu hərəkətə GƏTİRDİ
İraqdakı Əl-Nücəba şiə silahlı qruplaşması Trampın
Qüds qərarından sonra şərt açıqlama verib. Qruplaşma
qərarın İraqdakı ABŞ əsgərlərinə hücum etmək üçün əsaslı səbəb
olduğunu bildirib.
“Trampın axmaq qərarı ABŞ qüvvələrini hədəf almaq üçün əsaslı
bir səbəbdir və ümmətin canından bunları (İsrail) söküb tullamaq
üçün böyük bir qığılcım olacaq”, - qruplaşma lideri Əkrəm əl-Kaabi
deyib.
Qeyd edək ki, təxminən 10 min üzvü olan qruplaşma Haşdi-Şabi
qruplaşması ilə ortaq maraqları təmsil edir.
“Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ
prezidenti Donald Trampın qərarı Vaşinqton üçün arzuolunmaz
nəticələrə gətirib çıxara bilər”. Bu xəbərdarlığı ABŞ
Konqresinin demokrat senatoru Şeldon Vitehuz edib.
Trampın qərarını sərt şəkildə tənqid edən senatorun sözlərinə
görə, Qüdsün İsrailin paytaxtı kimi tanınması ABŞ-ın Türkiyə və
Səudiyyə Ərəbistanı kimi ölkələrlə münasibətlərini poza bilər.
“Burada ən təhlükəli nöqtə Yaxın Şərqdə hərbi baxımdan hələ də
asılı olduğumuz Türkiyə və bölgədəki ən yaxşı dostlarımızdan biri
olduğu halda Ağ Evin əlaqələrdə davamlı şəkildə geriləməyə
çalışdığı Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin pozulma
ehtimalıdır. Türkiyə və Səudiyyə Ərəbistanı bu qərara etiraz olaraq
bəzi addımlar atsa, ABŞ-ın bölgədəki təsir gücü zərər görə bilər”,
- senator vurğulayıb.
Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ
prezidenti Donald Trampın qərarının arxasında amerikalı məşhur
qumarxanalar şəbəkəsinin sahibi olan Şeldon Adelson
dayanır.
Bu iddia ilə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.
Nəşrin yazdığına görə, Tramp prezident seçkisi kampaniyası
zamanı yəhudi lobbisinin liderlərinə Qüdsün İsrailin paytaxtı kimi
tanıyacağına söz verib. “Nyu-York Tayms” Şeldon Adelson Trampdan
belə bir vəd aldığını və bu vədi Amerika Sionist Təşkilatının
prezidenti Morton Kleinə çatdırdığını yazıb.
Trampın Qüds qərarının arxasından qumarxanalar sahibi çıxdı - ŞOK İDDİA
Adelson hazırda rəsmi olaraq dünyanın ən varlı
yəhudisi hesab edilir. 2014-cü ildə onun sərvəti 38
milyard dollar təşkil edib. Adelson Respublikaçılar Partiyasının
daimi olaraq ən böyük donorlarından biridir. O, həmçinin, Buşun
İraq siyasətinə və işğalına verdiyi dəstəyi ilə tanınır.
Adelsonun atası əslən Litvadan, anası isə Ukraynadan olan
yəhudidir.
İsrail hakimiyyəti Qüdsdə 14 min yeni tikilinin
inşasına başlanacağını elan edib. Məlumata görə, yeni
tikiləcək 14 min binadan ən azı 6 mininin müsəlmanların
məskunlaşdığı ərazilərdə salınacağı bildirilib.
İsrail Mənzil və İnşaat naziri Yoav Qolan tərəfindən
təkmilləşdirilən layihənin bir parçası olaraq Qüdsün şimalında və
Ramallahın kənarında 5 min ədəd, şərqi Qüdsdəki yəhudi məhəlləsi
üçün isə min ədəd yeni mənzilin tikilməsi planlaşdırılıb.
Dekabrın 8-də cümə namazından sonra İordan çayının
qərb sahilində və Qüdsdə “Məscid-i Əqsa” ətrafında fələstinlilərlə
İsrail təhlükəsizlik gücləri arasında qarşıdurma baş
verib. “Anadolu” agentliyi xəbər verir ki, Qüdsün
İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald
Trampın qərarına etiraz edən fələstinlilərə qarşı İsrail
təhlükəsizlik gücləri əsl güllələr və gözyaşardıcı qazdan istifadə
edib.
Aksiya iştirakçıları “Komandiri Məhəmməd olan bir ümmət baş
əyməz!”, “Qorxaq Tramp!”, “Qüds ərəblərindir!”, “ABŞ-a ölüm!” və
“İlan ABŞ!” kimi şüarları səsləndirərək ABŞ-ın dövlət bayrağı və
Trampın şəklini yandırıblar.
İsrail ordusu bir sıra yeni batalyonların “mümkün qarşıdurmalara
hazırlıq” məqsədilə İordan çayının qərb sahilinə göndərildiyini
açıqlayıb.
Qeyd edək ki, Trampın Qüdsü paytaxt kimi tanımasından sonra
“Həmas” cümə gününü İsrailə qarşı “Qəzəb Cüməsi” elan edib. Hazırda
İsrail və ABŞ-a qarşı etirazlar davam edir.
Vaşinqton Fələstin-İsrail probleminin həlli üçün
“əsrin sazişi”ni bağlamaq istəyir. Rusiyanın xarici
işlər naziri Sergey Lavrovun sözlərinə görə, bunu ABŞ-ın dövlət
katibi Reks Tillerson onun görüşündə bildirib.
“Dövlət Administrasiyasının başçısı bildirdi ki, ABŞ
Fələstin-İsrail problemini birdəfəlik həll edəcək əsrin sazişini
bağlamaq istəyir”, - Lavrov deyib.
1300-ə yaxın İŞİD terrorçusunun Rakkadan çıxarılması
prosesində qaranlıq qalan məqamların üstü açılır.
Razılaşma ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi
Brett Makgurkün birbaşa nəzarəti altında əldə edilib.
ABŞ-ın İŞİD-lə neft razılaşmasının şok detalları ORTAYA ÇIXDI
YPG terror təşkilatının rəhbər heyəti Suriyadakı
Rusiya komandanları ilə görüşüb. Bu barədə
informasiyanı “Yeni Şəfəq” qəzeti yayıb. Qəzet görüşün Deyr əz-Zor
şəhərində baş tutduğunu bildirib. Görüşdə terror təşkilatının
nümayəndə heyətinə YPG-nin sözçüsü Nuri Mahmud rəhbərlik edib.
İŞİD-ə qarşı ortaq mübarizə aparılması barədə danışıqların
aparıldığı iddia edilən toplantıda tərəflər arasında hansı
razılıqların əldə olunması haqqında mətbuata açıqlama
verilməyib.
Görüşdə iştirak edənlər arasında rusiyalı general da olub.
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı hesab
edilir.
Suriyada İŞİD terror təşkilatının nəzarətində olan
heç bir yaşayış məntəqəsi qalmayıb. Bunu Rusiyanın
Müdafiə Nazirliyi bildirib.
Prezident Bəşər Əsədin Suriya ilə bağlı sülh
müzakirələrində iştirakı olduqca önəmlidir. Bu
sözləri ABŞ Dövlət katibi Reks Tillerson Brüsseldə çıxışı zamanı
deyib.
“Suriya hökuməti nümayəndələrinin və Əsədin Cenevrə sülh
müzakirələrinə qatılmasının önəmli olduğunu Rusiya tərəfinə
bildirdik. Hakimiyyətdə olduğu müddətcə onun toplantılarda birbaşa
iştirakı mühüm əhəmiyyət kəsb edir”, - Tillerson bildirib.
O əlavə edib ki, yalnız Rusiya Əsədi müzakirə masasına əyləşdirə
bilər.
İraq İŞİD terror təşkilatı üzərində tam qələbəni
elan edib. İraqın baş naziri Heydər əl-İbadi Suriya
ilə bütün sərhəd üzərində nəzarətin bərpasından sonra İŞİD üzərində
müharibənin qələbə ilə tamamlandığını bildirib.
“Bizim silahlı qüvvələrimiz İraq-Suriya sərhədi üzərində
nəzarəti tamamilə bərpa edib. Bununla da İŞİD-ə qarşı müharibənin
başa çatdığını elan edirik”, - baş nazir mətbuat konfransında
deyib.
Husilər tərəf dəyişdirərək Səudiyyə Ərəbistanı ilə
anlaşmağa çalışan devrilmiş lider Əli Abdullah Salehi noyabrın 4-də
öldürüb. İranın “Tasnim” agentliyi isə
eks-prezidentin Marib şəhərinə qaçmağa çalışarkən husilər
tərəfindən öldürüldüyünü bildirib.
ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri
Rusiyayla sərt danışıqlar
aparılmalıdır. Bunu ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster
söyləyib.
Onun sözlərinə görə, ABŞ Rusiyaya Əsəd rejiminə dəstək verdiyi
üçün sərt cavab verməlidir:
“Rusiyanın Suriya böhranının bir hissəsi olan vəhşi rejimə
dəstək məsələsini Kremlin Avropadakı fəaliyyətləri ilə eyni
səviyyəyə qaldırmaq lazımdır. Məhz Rusiyanın Əsədi dəstəkləməsi, bu
böhranın həllini uzatdı, onun İran və Avropaya təsirinə səbəb oldu.
Buna görə də Rusiya ilə sərt danışıqlar zamanı çatıb”.
ABŞ-ın Rusiyadakı səfirliyi dekabrın 11-dən Rusiya
regionlarında viza verilişini təkrar başladacaq. Bu
barədə informasiyanı ABŞ-ın Rusiyadakı səfirliyi yayıb. Vizaların
verilişinə ABŞ-ın Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı
konsulluqlarından başlanılacaq. Vizaların verilişi məhdud həcmdə
olacaq.
Qeyd edək ki, ABŞ avqustun 23-dən Rusiya vətəndaşlarına
qeyri-mühacir vizasının (müvəqqəti) verilişini dayandırmışdı.
Noyabrın 4-də Rusiya Federasiyası Prezidenti
Vladimir Putin xarici agent funksiyasını yerinə yetirən xarici
KİV-lərin reyestrinin aparılması üzrə səlahiyyətlərin Ədliyyə
Nazirliyinə verilməsi haqqında fərman imzalayıb.
Federasiya Şurasındakı mənbənin “Sputnik” agentliyinə verdiyi
məlumata görə, “xarici agent” statusunu ABŞ-ın 9 KİV-a alacaq.
Putin Amerikanın 9 agentinin siyahısını verdi
Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə
prezident seçkilərində iştirakını rəsmən elan edib.
Putin bu haqda Nijni-Novqorodda “QAZ” avtomobil zavodunun işçiləri
qarşısında çıxışı zamanı bildirib.
“Bəli, mən Rusiya Federasiyasının prezidenti postuna
namizədliyimi irəli çəkəcəyəm”, - Putin deyib.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin
martında keçiriləcək.
“Avropada müharibə başlanacağı halda Baltikyanı
ölkələr riskin zonasına düşəcək”. Bunu Rusiya
prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının lideri
Vladimir Jirinovski “Sputnik” agentliyinə müsahibəsində
bildirib.
“Amma çıxış yolu var: NATO qoşunlarını çıxarmaq və neytral
statusu qəbul etmək”, - siyasətçi deyib.
Jirinovskinin sözlərinə görə, ərazisində ABŞ-ın hava hücumundan
müdafiə sistemlərini yerləşdirən ölkələr böyük Avropa müharibəsi
olacağı halda məhv edilə bilər.
Avropada müharibə olsa, bu ölkələr məhv ediləcək - Rusiya dəhşətli SSENARİNİ AÇIQLADI
ABŞ-ın fərdi sanksiyaları Rusiya prezidenti Vladimir
Putinin yaxın ətrafını maliyyə baxımdan məhv edə
bilər. Bu haqda Ukraynanın “Novaya Gazeta” nəşri
yazıb.
Nəşrin yazdığına görə, ABŞ-da Rusiya oliqarxları və məmurlara
qarşı fərdi sanksiyalar haqqında genişmiqyaslı məruzə elan
ediləcəyi planlaşdırılır. “Kreml məruzəsi”nin müəllifləri onun
gələcək fiqurantlarının aşağıdakı kateqoriyalarını təklif
edirlər.
“Putinin dostları”na AĞIR ZƏRBƏ: Rusiyaya diz çökdürəcək PLANIN DETALLARI
“Rusiyaya qarşı sanksiyaların ləğvi Rusiya
qoşunlarının Donbasdan çıxarılması və Krımın yenidən Ukraynaya
qayıdışı ilə bağlıdır”. Bunu ABŞ-ın dövlət katibi
Reks Tillerson ATƏT üzvü olan ölkələrin xarici işlər nazirləri
Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən
deyib.
Bu yaxınlarda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov
İtaliyanın “Libero” qəzetinə müsahibəsində Krım məsələsini
“həmişəlik bağlanmış məsələ” adlandırıb.
Ukraynada böhranın nizama salınması məsələsi Moskva
və Vaşinqton arasında münasibətlərin normallaşması prosesinə mane
olur. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson ATƏT
üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada
keçirilən illik iclasında deyib.
Tillerson əlavə edib ki, Rusiya və Birləşmiş Ştatlar arasında
başqa regionlarda da, məsələn Suriyada fikir ayrılıqları ola
bilər.
“Amma bir ölkə başqasının ərazisinə (Rusiyanın Ukraynaya
müdaxiləsindən söhbət gedir –red.) soxulursa, bu zaman yaranan
fikir ayrılığını aradan qaldırmaq çətindir”, - dövlət katibi
bildirib.
ABŞ prezidenti Donald Tramp Rusiyanın yaxın və orta
mənzilli raketlərin ləğv olunması barədə müqaviləyə əməl etməməsi
səbəbindən bu ölkəyə qarşı yeni sanksiyaları
təsdiqləyib. ABŞ Ticarət Nazirliyi yeni raket
texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Rusiya
şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
Koreya böhranı
Noyabrın 4-də Vaşinqton və Seul 2017-ci ildə 20-yə
qədər raket sınağı keçirən Şimali Koreyaya gözdağı vermək üçün
genişmiqyaslı hərbi təlimə başlayıb. 200-dən çox
təyyarə və 12 min hərbçinin iştirak etdiyi təlimə həmçinin nüvə
başlıqları daşıya bilən B-1B strateji bombarmançıları və 6 ədəd
gözəgörünməz “F-22” qırıcıları da cəlb olunub. “Vigilant ACE” adı
altında keçirilən təlim 5 gün davam edəcək.
Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatına görə, təlimin
keçirilməsində əsas məqsəd rəsmi Vaşinqton və Seulun hərbi
qüvvələrinin Şimali Koreya təxribatlarına qarşı gücünü nümayiş
etdirməkdir.
ABŞ və Cənubi Koreyanın Koreya yarımadası ətrafında
birgə hərbi təlimə başlaması regionda müharibəyə gətirib çıxara
bilər.
Yaxın 5 gün ərzində BAŞLAYA BİLƏR - III Dünya müharibəsi XƏBƏRDARLIĞI
“Koreya Xalq Demokratik Respublikası müharibəyə cəhd
etmir, eyni zamanda müharibədən çəkinməyəcək”. Bu
haqda Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsinin
bəyanatında deyilir.
“Müharibə mütləq başlayacaq!” - ABŞ-a MEYDAN OXUDU
Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının
lideri Kim Çen Inın öldürülməsi üçün xüsusi təyinatlı dəstə
yaradacaq. Bu barədə "Kommersant'" nəşri məlumat
yayıb.
Kim Çen Inı öldürmək üçün xüsusi dəstə - Büdcədən pul da ayrıldı
ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR)
arasında müharibə Rusiyanı biabırçılıqdan xilas edə
bilər. Rusiya KİV-inin yazdığına görə, 2018-ci il Qış
Olimpiya Oyunlarının Koreya yarımadasındakı münaqişə üzündən
keçirilməməsi yüksək ehtimal kimi qiymətləndirilir.
Məsələ bundadır ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK)
dekabrın 6-da İsveçrənin Lozanna şəhərində keçirilən toplantısında
qəbul etdiyi qərarla Rusiyanı 2018-ci il Qış Olimpiya Oyunlarından
kənarlaşdırıb. Rusiyalı idmançılar dopinqdən istifadədə
günahlandırılırlar. Onlar Cənubi Koreyanın Pxençxan şəhərində
keçiriləcək beynəlxalq tədbirdə neytral bayraq altında çıxış edə
biləcəklər.
Şimal qonşumuzda hesab edirlər ki, Koreya yarımadasında hərbi
münaqişə başlayarsa, Rusiya biabırçılıqdan qaça biləcək.
Hadisələrin belə ssenarisinin ehtimalı isə hər gün artır.
Bu müharibə Rusiyanı biabırçılıqdan XİLAS EDƏCƏK - ABŞ-ın məxfi planı ORTAYA ÇIXDI
Ukrayna
“Vaşinqton Kiyevə dəstəyini saxlayır, amma bu, əbədi
deyil”. Bunu ABŞ-ın Avropadakı quru qoşunlarının
komandanı, general-leytenant Ben Hodces “Ukraynskaya Pravda”
nəşrinə müsahibəsində deyib.
Generalın sözlərinə görə, Qərb partnyorları Ukraynanın
islahatlar yolu üzrə hərəkətinə davam etmədiyini görərsə, Kiyev
dəstəyi itirəcək.
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin
keçmiş qubernatoru Mixail Saakaşvili dekabrın 5-də Kiyevdə yaşadığı
binanın damına çıxaraq intihara cəhd edib.
Saakaşvili saxlanıldı, Kiyevdə ara qarışdı - FOTO/VİDEO (YENİLƏNDİ)
Təhlükəsizlik gücləri tərəfindən saxlanılan Mixail
Saakaşvili tərəfdarlarının köməyilə azad edilib. Daha
sonra Saakaşvili öz tərəfdarlarını küçələrə çıxmağa və prezident
Pyotr Poroşenko ilə onun ətrafına qarşı çıxış etməyə çağırıb.
Saakaşvilini xalqı inqilaba ÇAĞIRDI: "Ukraynanı Əhmədovdan azad etməliyik" - CANLI YAYIM
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili
cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların
cinayətkar fəaliyyətinin gizlədilməsində şübhəli
bilinir. Bu haqda Ukrayna Təhlükəsizlik Xidməti
bildirib. Siyasətçinin vəkili isə “Ukraynskaya Pravda” internet
nəşrinə bildirb ki, Gürcüstanın sabiq prezidenti dövlət çevrilişinə
kömək etməkdə şübhəli sayılır.
Mixail Saakaşvilinin ətrafı Rusiyadan 500 min
dollara yaxın pul alıb. Bunu jurnalistlərə
açıqlamasında Ukraynanın Baş prokuroru Yuri Lutsenko söyləyib. Onun
sözlərinə görə, bu pullar mitinqlərin maliyyələşdirilməsinə
xərclənməli idi.
O, bu mitinqlərin hədəfinin Ukraynada dövlət çevrilişi olduğunu
bildirib:
“Saakaşvili pulları eks-prezidenti Viktor Yanukoviçin adamı olan
biznesmen Sergey Kurçenkodan öz partiyasının Kiyev şöbəsinin
rəhbəri Severion Danqadze vasitəsilə alıb. Danqadze dünən həbs
edilib. Bizim audio və video sübutlarımız var. Kurçenko Rusiya
Federal Təhlükəsizlik Xidməti ilə sıx bağlı olub”.
Mixail Saakaşvili dekabrın 8-də Ukrayna
Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. “Qərara
əsasən, Kiyevin Otradnaya qəsəbəsində Saakaşvilinin yeri müəyyən
edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. Saakaşvili
müvəqqəti təcridxanada yerləşdirilib”, - Ukraynanın Baş prokuroru
Yuriuçenko bildirib.
İstintaq hərəkətlərinin tamamlanmasından sonra, Ukrayna Baş
prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirdi ki,
prokurorluq məhkəmədən Saakaşvili üçün ev həbsi şəklində ehtiyat
tədbirinin seçilməsini xahiş edəcək.
Xatırladaq ki, Ukrayna Baş prokurorluğu dekabrın 6-da
Saakaşvilinin axtarışını elan edib. Keçmiş prezident cinayətkar
təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar
fəaliyyətinin gizlədilməsində ittiham olunur.
“Ukrayna Təhlükəsizlik Xidmətinə Kiyevin küçələrində
sakitliyə və Kiyevdə “rus qışı” üzrə Moskvanın planının
neytrallaşdırılmasına görə təşəkkür etmək lazımdır”.
Bu haqda Ukraynanın baş prokuroru Yuri Lusenko brifinqdə
bildirib.
“Rusiya Federal Təhlükəsizlik Xidmətinin himayəsi altında
hərəkət edən bir neçə min insan noyabr ayında Yanukoviç (Ukraynanın
keçmiş prezidenti –red.) və Kurçenkonun (biznesmen Sergey Kurçenko
– red.) hesabına Ali Radanın binasının tutulmasını
planlaşdırırdılar. Ora Saakaşvilinin (Ukraynanın Odessa vilayətinin
keçmiş qubernatoru, Gürcüstanın keçmiş prezidenti – red.) daxil
edilməsi, hətta silahlardan istifadə planlardan biri idi”, - baş
prokuror deyib.